Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Məlumunuz olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli, 386 № li fərmanının (müvafiq əlavə və dəyişikliklərlə) 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2001-ci ilin yanvar ayının 1-dək “Məhdud Məsuliyyətli Cəmiyyət haqqında” və “Kooperativlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tapşırılmışdır.
Məktubumuza cavab verilimişdir
HİYM İctimai Birliyi tərəfindən xaricdə fəaliyyət göstərən səfirliyin adından saxta etibarnamələrin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat İdarəsinə ünvanlanmış məktuba həmin idarənin rəisi tərəfindən verilən cavab məktubunda konsulluqlar tərəfindən təsdiq edilmiş sənədlərin qanunauyğunluluğunun yoxlanılması məqsədi ilə həmin qurumlarla əlaqə saxlanılmasına dair notariuslara tövsiyələr verildiyi bildirilmişdir.
Azərbaycan Respublikasının Vergilər Naziri Cənab M.Cabbarova
“Hüquqi İslahatlara Yardım Mərkəzi” tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təkmilləşdirilməsinə dair təkliflər Azərbaycan Respublikasının Vergilər Nazirinə müraciət ünvanlanmışdır.
(müraciətin tam mətni təkliflər bölümündə)
Mir Cəfər Bağırovun İttihamnaməsi və güllələnmə hökmü
Mir Cəfər Bağırov!.. Sovet Azərbaycanı tarixinin ən çox müzakirə olunan, ən ziddiyyətli, heç vaxt birmənalı qiymətləndirilməyən siyasi fiquru... Tarixçilərin M.C.Bağırovun şəxsiyyəti haqqında araşdırmaları, təqdqiqatları birmənalı nəticəyə gəlməyə çətinlik yaradır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Cənab Rüfət Aslanlıya
Hüquqi İslahatlara Yardım Mərkəzi tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda bankların müflis sayılması və iflas prosedurlarını tənzimləyən bəzi müddəaların təkmilləşdirilməsinə dair Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuşdur.
(Bax: “Təkliflər” bölümündə)
Nikah müqaviləsi nikahın və ailənin qorunması vasitəsidir

“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri Natiq Abdullayev nikah müqaviləsi ilə bağlı “Olaylar” İA-nın suallarını cavablandırmışdır.

(Ətraflı “Məqalələr” bölümündə).

Azərbaycan Respublikası CM-nin bir neçə maddəsinə dair T Ə K L İ F L Ə R
İxtisaslaşdırılmış cinayət təqibi orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin ümumi ideya və prinsiplərini, eləcə də peşəkar istintaq təcrübəsinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi zəruri olmaqla yanaşı təqdirəlayiqdir. Belə təkliflərdən birini təqdim edirik.
(bax tam mətn "Təkliflər" böıümündə)




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi