Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda Hüquq islahatlarına dəstək
layihəsinin rəhbəri cənab Tomas Herman fəaliyyətimiz barədə məlumatlandırılmışdır
Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi (HİYM) tərəfindən göndərilmiş məktubda Azər­bay­can Res­pub­li­ka­sı­nın ye­ni­dən döv­lət müs­tə­qil­li­yi­ni bər­qə­rar et­di­yi son 15 il­də qa­zan­dı­ğı nai­liy­yət­lərdə uğurlu hü­qu­qi is­la­hat­la­rın xüsusi rolu olduğu vurğulanır və və­tən­daş cə­miy­yə­ti­nin, de­mok­ra­tik-hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu pro­se­si­nin in­ki­şa­fını, öl­kə­mi­zin si­vil dün­ya bir­li­yi­nə in­teq­ra­si­ya­sı­nı tə­min et­mək üçün hü­qu­qi is­la­hat­la­rın ar­dı­cıl da­vam et­di­ril­mə­sinin zə­ru­riliyi qeyd edilir. HİYM-in də bu pro­ses­də döv­lət struk­tur­la­rı, öl­kə­miz­də fəa­liy­yət gös­tə­rən beynəlxalq qurumların təmsilçilikləri, ic­ti­mai, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­ ilə birlikdə iştirak etmək arzusu diqqətə çatdırılır. Bildirilir ki, HİYM-in əsas məq­sə­di bey­nəl­xalq təc­rü­bə­yə və nor­ma­la­ra uy­ğun şə­kil­də res­pub­li­ka­da hü­qu­qi is­la­hat­la­rın re­al­laş­ma­sı­na yar­dım proq­ram­la­rı ha­zır­la­maq, öz əmə­li fəa­liy­yə­ti ilə innovasion cəmiyyət quruculuğu istiqamətində is­la­hat­la­ra yar­dım et­mək; apa­rı­lan hü­qu­qi is­la­hat­la­rın da­ha sə­mə­rə­li nə­ti­cə­lər ver­mə­si üçün mü­va­fiq təb­li­ğat iş­lə­ri­ni apar­maq, mil­li qa­nun­ve­ri­ci­li­yin bey­nəl­xalq stan­dart­la­ra uy­ğun­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də tək­lif­lər­lə çı­xış et­mək, ar­bit­raj və me­dia­si­ya ins­ti­tu­tu­nun təş­ki­li va­si­tə­si­lə, bey­nəl­xalq təc­rü­bə­də möv­cud olan mü­ba­hi­sə­lə­rin məh­kə­mə­dən­kə­nar həl­li üsul­la­rı­nın res­pub­li­ka­mız­da tət­bi­qi­nə na­il ol­maq, hü­quq təh­si­li və təd­ri­si mə­sə­lə­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si­nə, elə­cə də təc­rü­bi hü­quq­şü­nas­lı­ğın for­ma­laş­ma­sı­na na­il ol­maq üçün el­mi və ana­li­tik araş­dır­ma­lar apar­maq­dır. Məktubda qar­şı­sı­na qoy­du­ğu məq­səd­lə­rə çat­maq üçün HİYM-in nəz­din­də əsas fəa­liy­yə­ti­nə uy­ğun 3 is­ti­qa­mət­də müs­tə­qil qu­rum­lar ya­ra­dıl­mış­dır: Azər­bay­can Ar­bit­raj və Me­dia­si­ya Mər­kə­zi, Hü­qu­qi İn­no­va­si­ya və İn­ki­şaf Mər­kə­zi, Ba­kı Hü­quq Tə­lim-Təd­ris Mər­kə­zi yaradıldığı qeyd olunmuşdur.
Məktubda HİYM-in hüquqi maarifləndirmə sahəsində gördüyü işlər də nəzərə çatdırılır və birgə əməkdaşlıq üçün imkanların olduğu qeyd edilir.
Məktubla birlikdə Mərkəzin hüquqşünasları tərəfindən hazırlanaraq nəşr edilmiş “Rusca-Azərbaycanca hüquq lüğəti” və “Vərəsəlik (normativ aktlar, qərarlar və şərhlər”) kitablarının hər birindən 2 nüsxə Cəmiyyətin kitabxanasına hədiyyə edilmişdir.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi