Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ
“525-Cİ QƏZET”DƏ HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİ İCTİMAİ BİRLİYİNİN SƏDRİ, MİQRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ EKSPERT FƏTƏLİ ABDULLAYEVLƏ MÜSAHİBƏ DƏRC OLUNMUŞDUR
“Sovetlər dönəmində miqrasiya problemi təhlükəli, yasaq məsələ sayılıb. Bəşər tarixi “böyük insan köçü” kimi tanınan hadisələrlə zəngindir” sərlövhəli müsahibədə miqrasiya termininin leksik-semantik, siyasi-ictimai, qlobal mahiyyəti barədə suallar cavablandırılmış, dünyanı məşğul edən və dərindən düşündürən bu məsələnin bir sıra nəzəri və praktik aspektləri açıqlanmışdır.
PRAKTİKUM BARƏDƏ PRESS-RELİZ AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN BÜLLETENİNDƏ DƏRC EDİLMİŞDİR
“Press-Reliz” də bildirilir: “2009-cu il 11-13 fevralda Bakıda “Grand Hotel Europe” mehmanxanasında Stokholm Ticarət Palatası Baker & McKenzie şirkəti ilə birlikdə Beynəlxalq Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə “Beynəlxalq Kommersiya Arbitrajında işlərin görülməsi üzrə praktiki məsələlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu praktiki kurs tədris edilən iş əsasında səhnələşdirilmiş arbitraj prosesləri çərçivəsində həm məruzə, həm də qrup çalışmalarını özündə əks etdirmişdir.
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİ VƏ AZƏRBAYCAN BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJ MƏHKƏMƏSİNİN İNGİLİS DİLİNDƏ NƏŞRLƏRİ ABŞ-IN KONQRES KİTABXANASINA HƏDİYYƏ EDİLMİŞDİR
ABŞ-da həyata keçirilən SABIT proqramında iştirak edən Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin eksperti, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin hakimi (arbitr) Habil İsgəndərovun Vaşinqtondan verdiyi məlumata əsasən, o,  MDB ölkələrinin digər təmsilçiləri ilə birlikdə ABŞ Ticarət Nazirliyində, Ədliyyə Nazirliyində, ABŞ Ticarət Palatasında, Konqres Kitabxanasında və digər qurumlarda keçirilən görüşlərdə iştirak etmişdir.
ARBİTRİMİZ ABŞ-DA STAJKEÇMƏ PROQRAMINDA İŞTİRAK EDİR
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin üzvü, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin hakimi (arbitr) Habil İsgəndərov ABŞ-da həyata keçirilən SABIT proqramında iştirak etmək hüququ qazanmışdır.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi xalqımızı
Novruz bayramı münasibəti ilə təbrik edir
Min illərin yaşıdı olan, xalqımızın  sevimli milli bayramı-Novruzun gəlişi münasibəti ilə bütün vətəndaşlarımızı təbrik edirik, hər birinizə xeyirli günlər, firavan həyat, müstəqil Azərbaycanımızın çiçəklənməsi, daha da inkişafı naminə  yeni uğurlar və siyasi fəallıq arzulayırıq.
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİ HUMANİST TƏŞƏBBÜSÜ ALQIŞLAYIR
NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ MİLLİ MƏCLİS AMNİSTİYA
AKTI HAQQINDA QƏRAR LAYİHƏSİ QƏBUL EDƏCƏKDİR

Xəbər verildiyi kimi, Novruz bayramı ərəfəsində Milli Məclis Amnistiya Aktı haqqında daha bir qərar layihəsi qəbul edəcəkdir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hazırladığı “Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının martın 11-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
HƏMKARLARIMIZA HƏR CÜR HÜQUQI VƏ MƏNƏVI DƏSTƏK VERMƏYƏ HAZIRIQ
Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti Vladimir Jirinovskini məhkəməyə verib.«AZERROS», rusiyalı siyasətçinin «Cənuba doğru sonuncu yürüş» kitabının təkrar nəşri ilə bağlı şərəf və ləyaqətin müdafiəsi haqqında iddia qaldırıb. Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti «AZERROS», Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini məhkəməyə verib. ANS PRESS, RİA «Novosti»yə istinadən xəbər verir ki, buna səbəb




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi