Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ
HIYM HÜQUQI MAARIFLƏNDIRMƏ SAHƏSINDƏ FƏALIYYƏTINI DAVAM ETDIRIR:
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevin  “Mediasiya  mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi” kitabı və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuş  2-ci Xüsusi Buraxılış çapdan çıxmışdır.
PRAKTIKUM RESPUBLIKAMIZIN APARICI KİV-LƏRINDƏ GENIŞ IŞIQLANDIRILMIŞDIR
11-13 fevralda Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” Hüquq Firmasının iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə keçirilmiş praktikum respublikamızın aparıcı  KİV-lərinin diqqət mərkəzində olmuş, geniş işıqlandırılmışdır.
BEYNƏLXALQ ARBITRIMIZ BIRGƏ TƏDBIRIN KEÇIRILMƏSINI TƏKLIF EDIR
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxaql arbitri, Türkiyənin tanınmış hüquqşünaslarından olan  Dok.Yavuz Kaplan Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin rəhbərliyinə göndərdiyi məktubda bu qurumun arbitri seçilməsinə görə, habelə BKAM-ın 5 illiyi münasibəti ilə nəşr edilmiş Xüsusi Buraxılışın nüsxəsinin ona da göndərilməsindən təşəkkürünü bildirmişdir.
PRAKTİKUM BAŞA ÇATDI
Azərbaycanın sürətli iqtisadi inkişafı, uğurla həyata keçirilən hüquqi islahatlar ölkəmizdə beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsinə də münbit şərait yaradır, həm də yeni müstəqil qeyri-dövlət qurumlarının yaradılmasını da zəruri edir. Azərbaycanda müstəqil beynəlxalq arbitraj məhkəməsinin təşkili və fəaliyyəti də məhz respublikamızın dünya birliyinə uğurlu inteqrasiyasının təzahürüdür.
MİLLİ MƏCLİSDƏ QƏBUL
Fevralın 12-də Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və Milli Məclisin bir qrup üzvü Bakıda keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikumun təşkilatçılarını qəbul etmişlər.
PRAKTİKUM İŞİNİ DAVAM ETDİRİR
Fevralın 12-də Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” Hüquq Firmasının iştirakı ilə Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikum öz işini davam etdirib. Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik, qrup rəhbərləri...
STOKHOLM TICARƏT PALATASININ ARBITRAJ İNSTITUTU, AZƏRBAYCAN ARBITRAJ VƏ MEDIASIYA MƏRKƏZI VƏ BAKER & MCKENZIE ŞIRKƏTININ BIRGƏ TƏDBIRI

11 fevralda Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasının “Bakı” zalında bu üç qurumun beynəlxalq kommersiya arbitrajı üzrə birgə praktikumu öz işinə başlayıb.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi