Hüquqi İslahatlara Yardım Mərkəzi “Vərəsəlik normativ aktlar. Qərarlar və şərhlər (1923-2000-ci illər)” kitabı çapdan çıxmışdır
Göndərən Admin Tarix: 24.10.2008
Bu gün HİYM-in əməkdaşları tərəfindən hazırlanmış “Vərəsəlik normativ aktlar. Qərarlar və şərhlər (1923-2000-ci illər)” kitabı çapdan çıxmışdır. Kitabda 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi, 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri...

Davamı
Bu gün HİYM-in əməkdaşları tərəfindən hazırlanmış “Vərəsəlik normativ aktlar. Qərarlar və şərhlər (1923-2000-ci illər)” kitabı çapdan çıxmışdır. Kitabda 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi, 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri (MM-ə edil­miş əla­və və də­yi­şik­lik­lər (Fər­man və Qə­rar­lar)), 01.03.1965-ci il­dən qüv­və­yə min­miş Azər­bay­can SSR MM-in və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni (1965-ci il tarixli ilk rəsmi nəşri və 01.09.2000-ci ilə­dək olan dövr­ə əla­və və də­yi­şik­lik­lər) ve­ril­miş­dir.

Kitab 500 nüsxədə CBS mətbəəsində çap olunmuşdur. Kitabın elmi redaktoru və rəyçisi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi, dosent Bağır Əsədov, rəyçi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi Vafəddin İbayevdir. Kitabda verilmiş şərhin müəllifi HİYM-in sədr müavini hüquqşünas  Natiq Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərov, ön sözün müəllifi və buraxılışa məsul HİYM-in sədri Fətəli Abdullayevdir.
Ki­ta­bda toplanmış bütün nor­ma­tiv sə­nəd­lər və Ple­num Qə­rar­la­rı rəs­mi mətn­lə­rə is­ti­na­dən verilmişdir.­
Kitab haqqında əlavə məlumatı və kitabın tam mətnini “Nəşrlər” bölməsindən əldə edə bilərsiniz.