MEDİASİYANIN ANLAYIŞI: YARANMASI VƏ TARİXİNƏ NƏZƏR

MEDİASİYANIN ANLAYIŞI: YARANMASI VƏ TARİXİNƏ NƏZƏR

Natiq Abdullayev
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun doktorantı

 

 


MEDİASİYANIN ANLAYIŞI: YARANMASI VƏ TARİXİNƏ NƏZƏR
Münaqişələr müasir sosial və siyasi həyatın əsas təzahürlərindən biridir. Cəmiyyətdə
yaşayan insan daim fikir ayrılıqları, maraqların toqquşması ilə qarşılaşır. Bəşər
sivilizasiyasının tarixi müxtəlif formalı münaqişələrlə zəngindir və müəyyən tarixi dövrlərdə
münaqişələr bütöv ölkələri və xalqları əhatə edib. Bu gün münaqişə gündəlik reallığa
çevrilib. Hətta əməkdaşlıq və razılıq şəraitində də münaqişə vəziyyəti olur. Bu gün insanlar
qarşısında duran əsas məsələ münaqişə ilə yaşamağı öyrənməkdir.
Münaqişə bir neçə mərhələdə inkişaf edir: - münaqişədən əvvəlki şərait - tərəflər arasında gərginlik yaranması; - insident - tərəflərin toqquşması üçün səbəb yaranır; - münaqişə inkişaf edir; - kulminasiya - münaqişənin ən gərgin mərhələyə çatması; - münaqişənin həlli; - danışıqlar - münaqişənin həlli ilə bağlı sonuncu mərhələ; - münaqişədən sonrakı mərhələ.
Tədqiqat obyektindən çıxış edərək deyə bilərik ki, danışıqlar mərhələsi münaqişənin ən
əsas mərhələlərindəndir, bu mərhələdə məqsəd münaqişə tərəfləri arasında kompromis
tapılması ilə bağlı olur. Bu zaman tərəflər münaqişənin mövcudluğunu etiraf etməli, əsas
münaqişə səbəbləri aşkar edilməli, mümkün həll variantları axtarılmalı, müəyyən edilən
vəzifələr qarşılıqlı şəkildə yerinə yetirilməlidir və s. (4, s.1-18)
Danışıqlar münaqişənin alternativ həlli üsulu kimi qəbul edilir. Hazırda münaqişələrin
həllində danışıqların ən aktual forması kimi mediasiyadan geniş istifadə olunur. Mediasiya
münaqişənin üçüncü tərəfin iştirakı ilə həll edilməsi prosedurasıdır.
"Mediasiya" anlayışı latın dilində "mediare" -"vasitəçilik etmək" sözündən götürülüb.
Qeyd olunduğu kimi mediasiya - danışıqlar prosesidir, burada vasitəçi-mediator təşkilatçı
olub danışıqları idarə edir və münaqişənin tərəflərin daha real üstünlüklərilə və maraqlarına
uyğun şəkildə həll edilməsinə çalışır, münaqişəni tənzimləyir (11). Münaqişə tərəfləri
könüllü şəkildə neytral şəxsin - mediatorun iştirakı ilə danışıqlara daxil olurlar. Mediator
həm də mübahisə edən tərəflər üçün nüfuzlu bir şəxs olmalıdır.
V.Taymazovun qeyd etdiyi kimi "hazırda mediasiya, yaxud məhkəməyə qədər
...münaqişələrin həll edilməsi dünyada geniş yayılmış bir təcrübədir. ...bu ən səmərəli
tənzimləmə vasitəsi hesab edilir" (13).
L.N.Rakitina və O.A.Lvova mediasiyanı "mübahisə edən tərəflər arasındakı hüquqi
münaqişənin hər iki tərəf üçün əlverişli razılaşmanın hazırlanmasına kömək edən üçüncü
şəxsin (vasitəçi, mediator, sülhyaradıcı) iştirakı ilə tənzimlənməsi" prosedurası kimi izah
edirlər. Müəlliflər mediasiyanın əsas xüsusiyyətlərini aşağıdakı kimi müəyyənləşdirirlər:
1. Vasitəçinin seçilməsində və əlverişli qərar hazırlanması üçün mübahisə edən
tərəflərin bir-birinin sübutlarının müzakirəsində fəal iştirakı;
2. Vasitəçi yalnız neytral olan və münaqişə iştirakçısı olmayan şəxs seçilə bilər;
3. Vasitəçi (mediator) danışıqlar zamanı sakit və konstruktiv şərait yaradır,
müzakirəni istiqamətləndirməyə və yumşaltmağa çalışır;
4. Vasitəçilik (mediasiya) kompromis qərarın axtarışına yönəlib, buna görə də təkcə
vasitəçi deyil, həm də mübahisə edən tərəflər münaqişənin tənzimlənməsilə bağlı öz
təkliflərini irəli sürə bilərlər;
5. Mediasiya prosedurası hər an, danışıqların hər bir mərhələsində
dayandırıla bilər, tərəflər istənilən anda mediasiyadan imtina edərək uyğun dövlət
müəssisəsinə müraciət edə bilərlər (12, s..25, 29-30).
Mediasiya texnikasının əsas əlamətləri aşağıdakılar hesab edilir: - vasitəçi rolunu yerinə yetirən mediatorun olması; - münaqişə tərəflərinin hər birinin iştirak etməsi; - qeyri-rəsmi, məhkəmədən kənar səviyyə; - mediasiya prosedurunda könüllü iştirak və münaqişənin həllində
özünütəyinetmə: üçüncü şəxsə qərar qəbul etmək səlahiyyətləri verilmir (3,s.l4).
Mediasiya prosedurasının əsas prinsipləri - könüllülük, nəticəyə açıq olma,
cavabdehlik, məlumatlılıq, məxfilik, mediatorun neytrallığı hesab edilir.
Könüllülük prinsipinə görə, tərəflər heç bir məcburiyyət olmadan qərar qəbul edirlər və
mediator kimi hər an iştirak etməkdən imtina edə bilərlər.
Nəticəyə açıq olma prinsipinə görə, prosedurada iştirak edən tərəflər nəticənin məhz
onun üçün məqbul olduğunu fikirləşməməlidirlər.
Cavabdehlik prinsipi mediasiya prosedurunda tərəflərin öz maraqlarını müdafiə etmək
və sərbəst danışıqlar aparmaq imkanları ilə bağlıdır.
Məlumatlılıq prinsipi işlə bağlı sənədlərin birgə şərhi və faktların hüquqi vəziyyətinin
qiymətləndirilməsi ilə bağlı razılaşma əldə edilməsinə yönəlir.
Məxfilik prinsipinə görə tərəflərdən heç biri proses gedişində əldə etdiyi informasiyanı
yaymır, əgər tərəflərin razılığı ilə mediatorla ayrı-ayrılıqda söhbətlər aparılırsa, o sÖhbətin
məzmununu gizli saxlayır.
Mediatorun neytrallığı prinsipi mediatorun iştirakçılardan, mübahisə obyektindən heç
bir asıllığının olmaması ilə bağlıdır (9, s. 13-14).
Mediasiyanın əsas məqsədləri aşağıdakı kimi müəyyənləşdirilib:
İlk növbədə - mürəkkəb vəziyyəti müzakirə və təhlil etmək. Bu müzakirədə mürəkkəb
vəziyyətdən çıxmaq üçün çox vaxt bir-birinə uyğun olmayan fikirlər, yaxud variantlar
nəzərdən keçirilir. Uğurlu mediasiyanın nəticəsi konkret razılıq müqaviləsinin
bağlanmasıdır. Mediasiyanın gedişində həlledici məqam tərəflərin özünümüəyyənləşdirməsi
prinsipinin tətbiq edilməsi ilə bağlıdır. Hər bir tərəf qəbul edilən qərarlarla razılaşması
münaqişənin həllinin əsas məqamı və qərarların həqiqi qanuni qüvvəyə malik olması hesab
edilir.
II. Münaqişə vəziyyətlərində dialoq və konstuktiv qarşılıqlı təsir imkanları pozulur.
Bu imkanların bərpası istiqamətində mediatorlar çalışırlar ki, hər bir iştirakçı eşidilsin,
onlara ehtiramla yanaşılsın, onların gözləntiləri ciddi qəbul edilsin.
III. Münaqişə edən tərəflərin maraqlarının və dəyərlərinin düzgün və açıq təhlili razılıq
əldə edilməsi ehtimallarını artırır. Mediasiya prosesində tərəflər onların maraqlarına ciddi
yanaşıldığını başa düşükləri vaxt razılaşmalar yenidən nəzərdən keçirilir, dəyişdirilir (10,
s.9, 10).
Mediasiya prosedurasının mərhələləri aşağıdakı ardıcıllığa malikdir:
1. İlkin mərhələdə bir və ya bir neçə tərəf mediatora müraciət edir və münaqişəni öz
baxışlarından izah etməyə çalışırlar.
2. Təşkilati mərhələ yalnız tərəflər danışıqlara getməyə razılaşdıqları halda mümkün
olur.
3. Əsas mərhələ mediator seçildikdən sonra münaqişənin təhlili ilə bağlıdır.
4. Sonuncu mərhələdə müəyyən nəticə əldə etmiş mediator razılaşmanı
yazılı şəkildə rəsmiləşdirir (9, s.388).
Mediasiya ilə bağlı əsas anlayışlar kimi arbitraj məhkəməsi, münaqişələrin həlli ilə
bağlı komissiya, münsiflər məhkəməsi, hakim məhkəməsi, hakim razılaşması, hakim arbitr,
fasilitasiya (yardım) və s. anlayışlar fərqləndirilir (14). Arbitr dövlət arbitrajının vəzifəli
şəxsidİr. Arbitr işə baxılmasına rəhbərlik edir, iş" üzrə qərar çıxarır. Arbitr qanunçuluğun,
dövlət intizamının pozulması hallarmı, təsərrüfat fəaliyyətində çatışmazlıqları aşkar edir və
onların ləğv edilməsi və qarşısının alınması üçün tədbirlər görür. Arbitraj tərəflərin razılığı
ilə yaxud səlahiyyətli orqan tərəfindən əmlak mübahisələrinə və müqaviləqabağı
mübahisələrə baxan orqandır. Arbitraj məhkəməsi müqavilə münasibətlərindən, xarici
ticarət və digər beynəlxalq iqtisadi və elmi-texniki əlaqələr həyata keçirildikdə müxtəlif
ölkələrin hüquq subyektləri arasında əmələ gələn, digər mülki hüquq münasibətlərindən
əmələ gələn mübahisələri həll edir.
Arbitraj məhkəməsilə yanaşı mübahisələrin həlli ilə bağlı münsiflər məhkəməsi də
fəaliyyət göstərir. Münsiflər məhkəməsi tərəflər arasındakı mübahisəni həll etmək üçün
onların Özlərinin seçdiyi məhkəmədir. Münsiflər məhkəməsi arbitraja aid işlərə baxır. İşin
münsiflər məhkəməsində baxılmağa verilməsi həmin işə ədalət mühakiməsi orqanlarında
baxılmasını istisna edir. (1, s.43, 326).
Mübahisələrin alternativ həlli üsulları sırasında mediasiya daha üstün mövqeyə
malikdir. Belə ki, arbitraj məhkəməsindən fərqli olaraq mediasiya proseduru yarıda kəsilə,
qərarları dəyişdirilə bilər. Münsiflər məhkəməsindən fərqli olaraq mediasiya prosedurunun
nəticəsi qaneedici olmadıqda ondan imtina edərək ədalət mühakiməsinə müraciət etmək
mümkündür.
D.Y.Jdanuxinin qeyd etdiyi kimi mediasiyanı çox zaman "münaqişənin həllinin
alternativ metodu kimi qəbul edirlər və alternativ metodlar (hakim məhkəməsi, mediasiya
və s.) arbitraj məhkəməsinə müraciətlə bağlı olub ilk növbədə münaqişələrin həllində
dövlətin iştirakının azaldılmasına yönəlir. Bununla yanaşı münaqişələrin həllinin alternativ
metodları müstəqil prosedura kimi rəsmiləşməyən, yaxud münaqişəli vəziyyətlə bağlı qeyriqanuni davranış növlərindən fərqlənir. Alternativ metodlar qanun çərçivəsində olduğu üçün
onların istifadəsi mövcud qanunvericiliyi pozmur, lakin bəzi hallarda hüquqi tənzimləmə
çərçivəsində və bilavasitə psixologiya, iş etikası sahəsinə daxil olur" (5).
Mediasiya da münaqişələr kimi qədim tarixə malikdir. Hər bir zaman münaqişələrin
həlli üçün tərəflər arasında danışıqlar aparılmasına üstünlük verilib və həmişə də bu
danışıqlarda üçüncü, neytral bir tərəfin iştirakına ehtiyac olub. Mediasiya, yaxud onu bəzən
adlandırdıqları kimi mediatriksiya çox əsrlərdir ki, sülhün bərqərar olmasına xidmət edir.
İlkin dövrlərdə mediasiyanın hazırkı səviyyədə olduğunu demək çətindir. Yalnız onu güman
etmək olar ki, neytral vasitəçinin iştirakı zamanı istifadə edilən üsullar eyni olub və adətən
belə üsullar çıxılmaz vəziyyətlərdə istifadə edilib.
Hələ ibtidai cəmiyyətlərdə sağ qalmaq arzusu insanları mövcud münaqişəli şəraitlərdə
üçüncü tərəfin (ayrı-ayrı insanların, qrupların, xüsusilə də ibtidai tayfaların) iştirakına sövq
edib. Bu vasitədən ilk istifadə edənlər kahinlər və tayfa başçıları olublar və nəticədə ölüm
və zorakılıqların, bütöv tayfaların məhv olmasının qarşısı alınıb (11).
Qədim dövrlərdə xüsusilə də ticarətin inkişaf etdiyi regionlarda münaqişələrin həlli
zamanı üçüncü tərəfin iştirakı üsulu geniş istifadə edilirdi. Müasir mediasiyanın tarixi
köklərini Finikiya və Babil sivilizasiyaları ilə bağlayırlar. Çində və Yaponiyada da
vasitəçilik institutu geniş yayılmışdı. Vasitəçilik institutunun sonrakı inkişaf tarixi
Yunanıstanla bağlıdır, burada mediatorları proxenetas (yunanca - "vasitəçi") adlandırırdılar.
Qədim Romada Yustinianlar sülaləsinin hakimiyyəti dövründə mediatorlarla bağlı
qanunvericilik formalaşdı. Roma hüququnda onlar internuncius, medium, intercessor,
philantropus, interpolator, conciliator, interlocutor, interpres və nəhayət mediator
adlandırılmışdılar (6).
Tarixi inkişafın sonrakı mərhələlərində vasitəçilik xidmətlərindən istifadə daha da
geniş yayılmışdı. Məsələn, 1904-cü ildə baş vermiş rus - yapon müharibəsİ ABŞ-ın
mediasiya xidmətləri nəticəsində başa çatmışdı. Həmin dövrdə ABŞ öz ərazisində danışıqlar
prosesini təşkil etmiş və Portsmut şəhərində sülh müqaviləsi imzalanmışdı. İkinci dünya
müharibəsindən sonra siyasi münaqişələrin həlli prosesində mediasiya xidmətlərindən daha
geniş istifadə edilməyə başlanmışdı. Amerikalı tədqiqatçılar L.Sassikind və E.Babbittin
verdikləri məlumata görə, 1945-ci ildən 1990-cı illərin əvvəllərinə qədər Afrikada və Latıri
Amerikasında baş vermiş münaqişələrin 2/3-si, Yaxın Şərqdə baş vermiş münaqişələrin isə
4/5-i məhz mediatorların köməyilə tənzimlənmişdi. Müasir dövrümüzdə baş verən
münaqişələrin demək olar ki, böyük əksəriyyəti mediatorun bu və ya digər formada iştirakı
ilə tənzimlənir. Bu onunla izah olunur ki, kütləvi qırğın silahlarının geniş vüsət tapdığı bir
zamanda, münaqişələrin dinc vasitələrlə tənzimlənməsi təkcə münaqişə iştirakçıları üçün
deyil, bütün dünya ictimaiyyəti üçün vacib əhəmiyyət kəsb edir (2, s. 128).
Müasir formalı mediasiya institutu XX əsrin ortalarında ABŞ-da yaranıb. Belə ki, bu
dövrdə Amerika iqtisadiyyatında yeni münaqişə forması - Həmkarlar ittifaqları və işlə təmin
edənlər arasında əmək şəraiti və əmək haqqının həcmi ilə bağlı mübarizə yarandı. Tətillər,
kütləvi işdən azad etmələr və fabriklərin bağlanması təhlükəsi genişləndi. Belə bir
vəziyyətdə ABŞ hökuməti mübahisə
tərəflərinə Əmək nazirliyindən neytral vasitəçi kimi istifadə etməyi təklif etdi. 1947-ci
ildə bu məsələnin həlli ilə bağlı xüsusi orqan - mediasiya və barışdırıcı proseduralar üzrə
ABŞ Federal xidməti (Federal Mediation Conciliation Service, FMCS) yaradıldı və bu günə
qədər də fəaliyyət göstərir. Məhz bu dövrdə ilk dəfə olaraq "mediasiya" ifadəsi istifadə
edildi. XX əsrin 60-cı illərində isə Neighborhood Justice Centers və Community Mediation
kimi təşkilatlar yaradıldı. Bu lokal qeyri-hökumət təşkilatları əsasən ailələrdə, qonşular
arasında, həmçinin aztəminatlı insanlarla bağlı baş verən münaqişələrin həllinə yönəlmişdi,
onların əsas məqsədi dövlət məhkəmələrinə müraciət etməyə imkanı olmayan insanalara
kömək etmək idi (6).
"Mübahisələrin alternativ həlli" anlayışı da XX əsrin 60-cı illərində ABŞ-da meydana
gəlmişdi. Bu dövrdə ABŞ-ın məhkəmə sistemi böhran keçirirdi. Bununla əlaqədar olaraq bir
sıra hüquqi şirkət və firmalar mübahisələrin həlli ilə bağlı müxtəlif üsullardan, o cümlədən
vasitəçilik, arbitraj, müstəqil ekspert nəticələri, mini-məhkəmələrdən geniş istifadə etməyə
başladılar. Məhz bu dövrdə qeyd edilən üsulların peşəkar əsasları formalaşmağa başlamışdı.
1965-ci ildə qəbul edilmiş Vaşinqton konvensiyasında mübahisələrin üçüncü tərəfin
iştirakı ilə tənzimlənməsi ilə bağlı ilk beynəlxalq hüquqi sənəd qəbul edilmişdi.
Konvensiyada üçüncü tərəfin iştirakı ilə bağlı iki proseduranın tətbiqi qeyd edilirdi.
Birincisi, "conciliation" (barışıq) adlanırdı. Bu prosedurada barışdırıcı komissiya tərəflər
arasındakı mübahisənin əsaslarını müəyyən etməyə və qarşılıqlı qəbul edilə bilən şərtlərlə
razılığa nail olmağa çalışırdı. İkinci prosedura isə vasitəçilik - mediation idi. Bu halda
vasitəçi qarşılıqlı görüşlərdə, yaxud mübahisə edən tərəflərlə ayrı-ayrılıqda görüşlər
keçirməklə onlara bir-birinin mövqeyini başa düşməyə və qarşılıqlı əlverişli qərara gəlməyə
kömək edirdi, lakin onlara hazır təkliflərlə müraciət edə bilməzdi (12, s. 13-14).
70-ci illərin ortalarında mediasiya müstəqil sahəyə çevrildi, 80-cı illərdə onun nəzəri
əsasları formalaşdı. 1981-ci ildə Harvard hüquq məktəbinin professorları Rocer Fişer və
Uilyam Uri özlərinin "Hə - yə nail olmaq" («Getting to Yes») adlı tədqiqatlarını nəşr
etdirdilər. Onların konsepsiyası çox zaman "birgə fəaliyyət" kimi izah edilir və mövqelərin
və maraqların məhdudlaşdırılmasına əsaslanır, mediator danışıqları elə qurur ki, ön plana
tərəflərin maraqları çıxır, yəni mediasiya prosesində qəbul edilmiş qərar hər iki tərəf üçün
səmərəli olur, nə udan, nə də uduzan olmur, burada «win-win» kombinasiyası istifadə edilir
(6).
1982-ci ildə ABŞ-da 300-dən çox təşkilat mediasiya ilə məşğul olurdu. 80-cı illərdən
etibarən alman dilli ölkələrdə mediasiya fəal tətbiq və təbliğ edilirdi, mediasiyanın tədrisi ilə
bağlı kurslar təşkil olunmuşdu. 1988-ci ildə Arnoldshayn akademiyasının "Ailə işləri üzrə
kiçik məhkəməsi" mediasiya xidmətlərindən istifadə etməyə başladı. Bu dövrdə müxtəlif
peşə qrupları mediasiya ilə bağlı mərkəzlər yaradırdılar. 1989-cu ildə mediasiya ilə bağlı
seminarlarda 500-dən artıq insan iştirak etmişdi. 1991-ci ilin mayında Gənclər və ailələr
üzrə Alman Cəmiyyəti mediasiya ilə əlaqədar birinci konqress çağırmışdı.
1992-ci ildə "Ailə dinamikası" beynəlxalq jurnalının nömrələrindən biri mediasiyaya
həsr olunmuşdu. Bu mediasiya metodunun bütün dünyada yayılmasına səbəb oldu. 1992-ci
ildə Avstriyada Roland Proksch və Stanley Cohen mediasiya ilə bağlı seminar keçirmişdilər.
1997-ci ildə Klagenfurtda mediasiya üzrə birinci Avstriya konqresi keçirildi. 1999-cu ildə
isə Venada mediasiya ilə bağlı birinci beynəlxalq konfrans təşkil olunmuşdu. Hər iki forum
mediatorların təşkilatlanmasına, yeni peşənin yayılmasına və inkişafına şərait yaratdı.
Müasir dövrdə mediasiya Yeni Zenlandiya, Kanada, Avstraliya, Böyük Britaniya,
Fransa, İspaniya, İtaliya, Belçika kimi ölkələrdə mediasiya xidmətləri geniş istifadə edilir
(10, s.9, 10).
Müasir dövrdə mübahisələrin alternativ həlli metodu olan mediasiya ilə bağlı bir sıra
yanaşmalar mövcuddur.
Birinci yanaşmada hakim mübahisəli tərəflərə mediatorun xidmətlərindən istifadə
etməyi təklif edirdi, lakin vəkillər müqavimət göstərdiyinə görə bu yanaşma uğur
qazanmadı. Bu yanaşma ilə bağlı 1996 - 1998-ci illərdə Britaniyada London torpaq
məhkəməsində, Britaniya Apelyasiya məhkəməsində, həmçinin Avstriya, Yeni Zenlandiya,
Kanada və ABŞ-ın müxtəlif məhkəmələrində pilot layihələr keçirilmişdi.
İcbari mediasiya tətbiq edilməsilə bağlı olan ikinci yanaşma da lazımi nəticələr
vermədi. Faktiki olaraq hakimlər mübahisə tərəflərini əvvəlcə danışıqlar stoluna əyləşməyə
göndərmirdilər, bununla yanaşı həm vəkillər, həm də tərəflər mediasiyaya növbəti formal
maneə kimi yanaşırdılar və bunu lazımsız hesab edirdilər.
Belə bir şəraitdə Nyu-Cersi ştatının məhkəmələrində və Kanadada mediasiyanın
avtomatik olaraq tətbiq edilməsi nəticəsində isə əhəmiyyətli uğurlar əldə edilmişdi (7).
Mediasiya ilə bağlı Harvard konsepsiyasına görə mediasiya reqlamentləşdirilmiş
danışıqlar texnikasıdır. Bu konsepsiya müəyyən prinsiplər üzərində qurulur və
münaqişələrin həllilə bağlı danışıqlarda tətbiq edilir. Bu konsepsiyaya görə mediasiya
xüsusi proseduradır və hakim məhkəmələri, dövlət məhkəmələri ilə heç bir əlaqəsi yoxdur.
Mediasiyanın əsas fərqləndirici cəhəti tərəflərin yüksək səviyyəli müstəqilliyə malik olması,
ümumi mövqelərin seçilməsi və əlverişli nəticələrin əldə edilməsi ilə bağlıdır. Bu əlaqəlilik
üç fəaliyyətlə bağlıdır:
1) dövlət, yaxud qeyri-dövlət hakimlərinin iştirakı ilə aparılan danışıqlar;
2) moderasiya;
3) danışıqlarda üçüncü tərəfin münaqişənin həlli məqsədilə iştirak etməsi (9, s.4).
Müasir dövrdə məhkəmə sisteminin təkmilləşdirilməsi və hüquqi mübahisə və
münaqişələrin həllində alternativ metodların tətbiq edilməsi aktual məsələ kimi diqqət
mərkəzindədir. Bununla bağlı geniş nəzəri və empirik tədqiqatlar aparılır. Bu sırada
Q.Mertanın "Mediasiya nədir?", E.Vatskenin "İdrak nəzəriyyəsi nöqteyi-nəzərindən
mediasiya və məhkəmə-hüquqi təcrübənin müqayisəsi", K.Pelikanın "Mediasiyanın siyasidemokratik potensialı, yaxud münaqişənin təkrar mənimsənilməsi yükü", D.Kaufmannın
"Boşanma mediasiyaları üçün vida mərasimlərinin əhəmiyyəti", K.Kapperin "Bərabərlər
qrupunda mediasiya", M.Tsumtobelin "Biznesdə mediasiya nə üçün lazımdır?", R.Artakerin
"Düşmənçilikdən əməkdaşhğa", M.Y.Allmayer-Bek və M.Auerin "Yaşayış yeri ilə bağlı
əmlak hüququ haqqında mübahisə mediasiyası", Y.Brodnyakın "Avropa birliyi
orqanlarının planlarında mediasiyanın inkişaf imkanları", X.Pikker və K.Ryukertin
"Mediasiya təlimi haqqında düşüncələr", K.Ryukerin "Mediasiya təhsili - pcşəyə yoldur" və
s. tədqiqatlarını qeyd etmək olar.
Rusiyada mediasiyanın öyrənilməsilə bağlı M.B.Afoninin "Münaqişələrin həllinin
hüquqi aspektləri", A.A.Brıjinskinin "Rusiyada hüquqi mübahisələrin və münaqişələrin
alternativ həlli", D.L.Davıdenkonun "Sülh danışıqları xüsusi hüquqi mübahisələrin
məhkəmədən kənar tənzimlənməsi vasitəsi kimi (Rusiya və bir sıra xarici ölkələrin hüququ
əsasında)", E.N.İvanovun "Mediasiya münaqişələrin həlli ilə bağlı məhkəməyə alternativ
üsul kimi", V.V.Novitskayanın "Vətəndaş-hüquqi mübahisələrinə məhkəməyə qədər ilkin
baxış", K.P.Pakşinanın redaktəsi ilə "Hüquqi mübahisələrin alternativ həlli üsulları",
M.A.Kaldinanın "Mediasiya korporativ idarəetmə aləti kimi" və s. araşdırmalarını
göstərmək olar.
Azərbaycanda mediasiyanın ilkin inkişaf mərhələsindədir. Buna görə də bu\ sahədə
tədqiqat işləri ilə bağlı N.Abdullayevin "Mediasiya (mübahisələrin məhkəmədənkənar
alternativ həlli üsulu kimi)" və E.Mirbəşiroğlunun "Müasir siyasi münaqişələrin
tənzimlənməsi prosesində mediasiya" adlı tədqiqatlarını göstərmək olar. Onu da qeyd etmək
lazımdır ki, son dövrlərdə Azərbaycanda mediasiya prosedurasının inkişafına ehtiyac
yaranıb. Belə ki, bu üsulla məhkəməyə aid kompleks problemləri həll etmək mümkündür,
həmçinin mediasiyanın formalaşması hər bir hüquqi dövlətin maraqlarına cavab verir, çünki
mediasiya —
- səmərəli məhkəmə sisteminin yaranmasına; - məhkəmə işlərinin həcminin azalmasına; - münaqişələrin sürətli həllinə və mənfı nəticələrin aradan qaldırılmasına;
- tərəflərin maraqlarına cavab verən tənzimləmə üsullarının geniş
istifadəsinə; - münaqişələrin həllində qeyri-hüquqi, güc vasitələrindən istifadənin
məhdudlaşdırılmasına imkan yaradır (8, s.73-77).
ƏDƏBİYYAT SİYAHISI: Azərbaycan dilində
l. Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının baş redaksiyası. Bakı,
1991, s.43, 326
2. Mirbəşiroğlu E. "Müasir siyasi münaqişələrin tənzimlənməsi prosesində mediasiya".
"Tarix və onun problemləri" jurn., №1, 2010, s.128
Rus dilində , З. Бесемер Х. «Медиация - посредничество в конфликтах», Калуга, «Духовное
познание», 2004, сЛ4
4.Веренко И.С. «Конфликтология», Москва, изд. Просвещение, 1987, с. 1-18
5.Жданухин Л- Ю. Альтернативные методы разрешения споров. Медиация, (г.
Москва)- 2007. http://www.4cs.ru/experts/aboutwp_id214/
6.История медиации. Территориальная лига медиаторов НП Саратов, ligamediatorov.ru/index.php/2011-10-04-20-54-5 5/80-2011-10-04-16-12-12.html
7.История медиации - http://abrimed.ru
8.Калдина М.А. «Медиация как инструмент корпоративного управления», журн.
«Национальный совет по корпоративному управлению», 2007, №3, с.73-77
9.Медиация в нотариальной практике (Альтернативные способы разрешения
конфликтов). М.: Волтерс Клувер, 2005, с. 13-14
10.Медиация - искусство разрешать конфликты. Знакомство с теорией,
методами и профессиональными технологиями. Составители: Г.Мета,
Г.Похмелкина. Москва, изд. «VERTE», 2004, с.9, 10
11 .Понятие и принципы медиации. http//www.arbimed.ru
12.Ракитина Л.Н., Львова О. А. «Медиация (посредничество). Как урегулировать
спор, не обращаясь в суд», М., Эксмо, 2008, с.25, 29-30
П.Таймазов В. «Медиация в России: первые шаги», журнал «Расчет»,
№12/2008
13.http://www.mediacia.com/wordmed.ht

 

Dirçəliş Jurnalı 2014-cü il

Gündəlik