Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə
Hörmətli cənab Nazir!

 


Əsası ümumilli liderimiz, möhtərəm Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli siyasi davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar, o cümlədən iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlığın dinamik inkişafı təmin edilmişdir. Sözsüz ki, sahibkarlığın inkişafının tam bərqərar edilməsi üçün mühüm olan işlərin görülməsi mütəmadi olaraq davam etdirilməlidir.
Nəzərinizə çatdırırıq ki, vətəndaş cəmiyyəti institutu olan Mərkəzimiz ölkə Başçısının apardığı məqsədyönlü, uğurlu islahatlara töhvə olaraq bir sıra, o cümlədən sahibkarlıq subyektlərinin Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan qanunvericilik aktlarının, xüsusən də əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə qaydalarının və s. barədə müvafiq hüquqi maarifləndirməsi, eləcə də qanunvericiliyin praktiki realizasiyası istiqamətində sahibkarlıq subyektlərinə zəruri praktiki və metodiki yardımlar göstərir.
Məlumunuz olduğu kimi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları xüsusən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207-239-cu maddələrində təsbit olunan normalarla tənzimlənir. Qeyd etməyi zəruri hesab edirik ki, işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnun təmin edilməsi ilə bağlı əməyin mühafizəsi sahəsində qanunvericiliklə təsbit olunan normaların praktiki tətbiqində bəzi hallarda fikir ayrılıqları, ziddiyyətlər və fərqli yanaşmalar müşahidə edilmişdir ki, bu halda hazırkı məktubla Sizə müraciət olunmasına əsas olmuşdur.
Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda istinad olunan normalarında əməyin mühafizəsinin ümumi norma və qaydaları ehtiva edilmişdir. Məlumunuz olduğu kimi ölkəmizdə əməyin mühafizəsi sahəsində müvafiq standartlar, normalar və qaydalar üzrə zəruri normativ, texniki normativ, tövsiyyə və metodik göstərişlər, rəhbər sənədlər tam hazırlanıb təsdiq edilmədiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli fərmanı ilə Beynəlxalq (Regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyyələrin Azərbaycan Respublikasının ərazisində tanınması və təsdiq edilməsi qaydaları müəyyənləşdirilmişdir.
Hörmətli cənab Nazir!
Məlumunuz olduğu kimi əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasının və işçilərin təliminin hüquqi əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 219-cu maddəsində müəyyən edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, Mərkəzimizin peşəkar mütəxəssisləri tərəfindən hazırkı vaxtadək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 14 dekabr 1999-cu il tarixli, 25-4 saylı qərarı ilə təsdiq olunmuş “Əməyin mühafizəsi üzrə qaydaların və təlimatların hazırlanmış dair metodik tövsiyyələr”in tələbləri nəzərə alınmaqla ayrı-ayrı vəzifələr (peşələr) üzrə ümumilikdə 230 adda əməyin mühafizəsi üzrə təlimatlar hazırlanmış və onların sahibkarlıq subyektlərin praktiki fəaliyyətində tətbiqi istiqamətində zəruri işlər həyata keçirilmişdir. (təlimatların adlarının siyahısı əlavə edilir)
Eyni zamanda Mərkəzimizn əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207-239-cu maddələrinin, xüsusən də sözügedən Məcəllənin 208, 210, 211, 215-217, 222, 223 və digər müddəalarının praktiki tətbiqini təmin etmək üçün siyahısı hazırkı məktubumuza əlavə edilən müəssisədaxili sənədlərin layihələri (Əsasnamələr, qaydalar və s.) hazırlanmışdır.
Yuxarıda qeyd olunan xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, Mərkəzimiz tərəfindən aparılan hüquqi maarifləndirmə zamanı sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədi ilə nümunəsi hazırkı məktubumuza əlavə edilən müvafiq icmal məktublarda aidiyyatı sahibkarlıq subyektlərinə göndərilir.
Hörmətli cənab Nazir!
Əmək Məcəlləsinin, eləcə də əmək qanunvericiliyinin praktiki tətbiqi təcrübəsində yaranan fikir ayrılıqları xüsusən işçilərin təlimatlandırılması qaydalarının rəsmiləşdirilməsində təzahür edir. Məlumunuz olduğu kimi Azərbaycan Respublikası ƏM-nin 219-cu maddəsinin 5-ci hissəsinin tələbinə görə iki halda;
Zərərli, ağır istehsalatlardakı;
Yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda
işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırmadan keçmədən onların əmək funksiyasının icrasına başlanmasına yol verilmir.
Sözügedən maddənin tələbinə görə “İşəgötürən bu təlimatlandırmaları xüsusi jurnalda qeydiyyatını və onların uçotunu aparmağa borcludur”. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası ƏM-nin 219-cu maddəsinin 5-ci hissəsində nəzərdə tutulan jurnalın forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19-3 nömrəli 26 avqust 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş, Azərbaycan Republikası Ədliyyə Nazirliyində 13 sentyabr 1999-cu ildə 190 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”yə 3 saylı əlavə kimi təsdiq olunmuşdur.
Qeyd edirik ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi 2015-ci ildə Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə keçirdiyi təlimlərdə təlim iştirakçılarına təqdim etdiyi “metodik vəsait”də (səh 19-20) “Texniki təhlükəsizlik üzrə giriş təlimatı jurnalı” və “Texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar (plandankənar) təlimatların keçirilməsinin qeydiyyatı jurnalı”nın nümunəvi formalarını göstərmişdir. Bəzi işəgötürənlər tərəfindən isə praktiki təcrübədə “İş yerində təlimatlandırılanların qeydiyyatı jurnalı” da aparılır.
Praktiki müşahidələrimiz zamanı verilən təlimatların adlarında və onların verilməsi qaydalarında da müxtəliflik aşkar edilmişdir. (Məsələn giriş, ilkin, təkrar, növbədənkənar, cari, birdəfəlik, məqsədli və s.) Hesab edirik ki, bu sahədə vahid qaydaların müəyyənləşdirilməsi üçün rəhbərlik etdiyiniz Nazirliyin aidiyyatı strukturunun izahına zərurət yaranmışdır.
Göstərilənləri nəzərə alıb Əmək Məcəlləsi və əmək qanunvericiliyinin əməyin təhlükəsizliyi ilə bağlı praktiki tətbiqi təcrübəsində əsas tutulması məqsədi ilə Sizdən aşağıdakı suallrın cavablandırılması üçün aidiyyatı şəxslərə müvafiq göstərişlər verməyinizi xahiş edirik.
İşəgötürən tərəfindən işçilərin əməyinin təhlükəsizliyi onların sağlam və təhlükəsiz iş şəraitində işləmək hüquqlarının təmin edilməsi üçün hansı müddətlərdə, hansı təlimatlar keçirilməlidir?
İşçilərin təlimatlandırılmalarını əks etdirən hansı təlimatlandırma jurnalları aparılmalıdır.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Qoşma: mətndə istinad edilən sənədlər.


Hörmətlə,
İdarə heyətinin
Sədri Natiq Abdullayev

Gündəlik