Azərbaycan Respublikasının Baş Naziri cənab A.Rasi-zadəyə

Azərbaycan Respublikasının Baş Naziri cənab A.Rasi-zadəyə

Hörmətli, cənab Baş Nazir!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171N li, 30 may 2014-cü il tarixli qərarı ilə “ İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə” təstiq olunmuşdur. Sözügedən qərarın .2-ci bəndində təsbit olunmuşdur ki, “ bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir ”.

Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən qərarda qərarın 2014-cu ilin iyun ayının 1-dən qüvvəyə mindiyi göstərilsədə, bu qərarın özü 07 iyun 2014-cü il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuşdur.

Qərara edilmiş əlavənin tam mətni isə rəsmi dərc olunan dövrü mətbu nəşrdə deyil, “Azərbaycan” qəzetinin saytında verilmişdir.

Hörmətli cənab Baş Nazir

Məlumunuzdur ki, “ Normativ hüquqi aktlar haqqında ” Azərbaycan Respublikası Konstitusiya Qanunun (21.12.2010-cu il tarixli, N 21-İVKQ) 83.2-ci maddənin tələbinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı qəbul edildikdən sonra 72 saat müddətində rəsmən dərc edilməlidir.

İcra hakimiyyətinin yuxarı icra orqanı olmaqla, konstitusion təsisat olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qanunların icrasına tam və dürüst riayət etməsi digər nazirliklər və sair dövlət orqanları üçün örnək olmalıdır.

Yuxarıda qeyd etdiyimiz xüsusatlardan görünür ki, 1 iyun 2014-cü ildə qüvvəyə mindiyi göstərilən qərarın 07 iyun 2014-cü il tarixdə rəsmi dərc edilməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də “ Normativ hüquqi aktlar haqqında ” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə riayət olunmamışdır.

Göstərilənləri nəzərə alıb Sizdən xahiş edirik ki, bu kimi yanlışlıqlara gələcəkdə yol verilməməsi üçün aidiyyətı şəxslərə müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə

Mərkəzin

sədri Natiq Y. Abdullayev

Gündəlik